Bolqarıstan Rusiyanın Sofiyadakı səfirliyinin birinci katibini arzuolunmaz şəxs elan edib

1 Aprel 2022 21:25

Bolqarıstan Rusiyanın Sofiyadakı səfirliyinin birinci katibini persona non-qrata (arzuolunmaz şəxs) elan edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə səfirin müşaviri Filip Voskresenski məlumat verib.

"Cümə günü axşam məni Bolqarıstan Xarici İşlər Nazirliyinə çağırdılar.

Diplomatik missiyamızın birinci katibinin persona-non-qrata elan edilməsi barədə nota aldım. Diplomata ölkəni tərk etmək üçün 72 saat vaxt verilib", - deyə mənbə bildirib.

Milli.Az