Buraxılış imtahanında ən yüksək balı onlar topladı - FOTO

1 Aprel 2022 18:07

5 və 6 mart tarixlərində keçirilmiş buraxılış imtahanlarında ən yüksək bal toplayanların adları açıqlanıb. 

Milli.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. 

2 nəfər - Bakı şəhəri 125 saylı məktəbin məzunu Ağazadə Nigar Əhədulla qızı və Bakı şəhəri 286 saylı orta məktəbin məzunu Orucov Nəcməddin Nəsimi oğlu maksimal olan 300 bal toplayıblar. Onlar 9-cu sinif buraxılış imtahanında da yüksək nəticə - müvafiq olaraq 278.2 və 276 bal toplayıblar. 

Milli.Az