Lənkəranda intihar cəhdinin qarşısı alınıb

1 Aprel 2022 17:30

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərində intihara təşəbbüs edən şəxsin xilas olunması üçün müraciət daxil olub.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Xilasedicilərin çevik və peşəkar müdaxiləsi nəticəsində vətəndaş son anda xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az