Kiyevdən geri çəkilən rus ordusu evləri qarət edir

1 Aprel 2022 20:00

Kiyev vilayətindən geri çəkilən rus ordusu sadə insanların evlərini qarət edir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukryana XİN-nin sözçüsü Oleq Nikolenko Tvitter hesabında yazıb.

"Böyük itki verərək Kiyev vilayətindən geri çəkilən rus qoşunları sadə insanların evlərini qarət edir. Elektronika, geyim, ayaqqabı, kosmetika oğurlayırlar. Bu, ordu deyil. Ayıbdır. Biz heç vaxt unutmayacağıq və heç vaxt bağışlamayacağıq", - diplomat bildirib.

Milli.Az