"Hacı Nuran zəng vurdu ki, pencəklərimi qaytarın"

1 Aprel 2022 18:48

Aktyor Azər Baxşəliyev aparıcı Hacı Nuran Hüseynovla bağlı maraqlı etiraf edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor "Səhər mərkəzi" proqramında aparıcının pencəklərindən söz açıb. O bildirib ki, çəkilişlərdə Hacı Nuranın pencəklərindən istifadə ediblər:

"Hacı Nuran pencəklərini  "Bozbash pictures"i çəkəndə verirdi. Fəlakətin pencəklərinin çoxu onundur. Verirdi ki, bunu artıq geyinməyəcəm. Amma adını xoşuna gəlməyəcək bir yerdə çəkəndə zəng vururdu ki, qaytarın pencəklərimi".

Milli.Az