Azərbaycan uşaqları ukraynalı yaşıdlarına yardımlar yollayır - FOTO

1 Aprel 2022 11:37

Ukraynadakı hərbi əməliyyatlardan ziyan çəkən mülki şəxslərin durumunu qismən də olsa, yüngüllləşdirmək üçün Azərbaycan Ukraynaya humanitar yardımlar yollamağa davam edir.

Milli.Az bildirir ki, Ukraynada sosial şəbəkələrdə belə yardım partiyalarından biri ilə bağlı paylaşım edilib.

"Yemək, generatorlar, tibbi və gigiyenik vasitələr, geyim və s. olan onlarla qutuların, bağlamaların içində məktublar da var. Məktublarda Ukraynaya sevgi, sayğı yer alıb", - paylaşımda vurğulanıb.

Milli.Az