"Qızıl moruq" mükafatının təşkilatçıları Brüs Uillisə verilən "2021-ci ilin ən pis Brüs Uillis filmi" mükafatını ləğv ediblər.
Milli.Az APA-ya istinadən bildirir ki, buna səbəb aktyorun ağır xəstəliyi ilə bağlı ailəsinin son açıqlaması olub.
Qeyd edək ki, bir müddət öncə aktyorun həyat yoldaşı Emma Heminq Uillis ərinin nitq pozğunluğu ilə nəticələnən xəstəliyi səbəbindən karyerasını bitirdiyini açıqlamışdı.
Xatırladaq ki, "Qızıl moruq" ilin ən pis film, rejisor ve aktyorlarına verilən mükafatdır.
Milli.Az