Ukraynada müharibə başlayandan indiyədək 153 uşaq ölüb, 245-dən çox uşaq yaralanıb.
Milli.Az bildirir ki, bu barədə Baş Prokurorluğun Teleqram səhifəsində məlumat verilib.
"Rusiya Federasiyasının silahlı hücumu başlayandan bəri Ukraynada 400-ə yaxın uşaq əziyyət çəkib. Onlardan 153-ü həlak olub, 245-dən çoxu yaralanıb", - hesabatda deyilir.
Uşaqlardan ən çox Kiyevdə - 73, Donetskdə - 65, Xarkovda - 53, Çerniqovda - 43, Nikolayda - 30, Luqanskda - 31, Zaporojyedə - 22, Xersonda - 29, paytaxtda - 16, Sumidə - 16, Jitomirdə - 15 nəfər zərər çəkib.
Bombardman və atəş nəticəsində 859 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 83-ü tamamilə məhv edilib. Ən pis vəziyyət Donetsk, Xarkov, Nikolayev, Sumı, Kiyev, Xerson, Jitomir, Çerniqov vilayətlərində və Kiyev şəhərindədir.
Aslan Məmmədov
Milli.Az