ABŞ: Rusiya çıxılmaz vəziyyətdədir

1 Aprel 2022 09:18

Rusiya Prezidenti Vladimir Putinin qaz ödənişlərinin rublla alınması ilə bağlı qərarı bu ölkənin iqtisadiyyatının çıxılmaz vəziyyətdə olduğunu göstərir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.

Bundan əlavə, departament Ukraynada ABŞ vətəndaşlarının rusiyalı hərbçilər tərəfindən saxlanılması xəbərlərini təsdiqləyib və bu halların artdığını bildirib.

Milli.Az