Yaponiya Rusiyanın 4 şirkətinə və üç şəxsə qarşı sanksiya tətbiq edib

1 Aprel 2022 07:30

Yaponiya hakimiyyəti KXDR-ə qarşı sanksiya rejiminin pozulması ilə əlaqədar Rusiyadan olan 4 təşkilata və 3 şəxsə sanksiya tətbiq edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi bildirib.

Siyahıya Rusiya vətəndaşları Aleksandr Qaevoy, Aleksandr Çasovnikov və Roman Alar, həmçinin "Apollon", "RK Briz", "Zil-M" və "Parsek" şirkətləri daxildir. Bundan əlavə, siyahıya Çin və Rusiyada yaşayan altı KXDR vətəndaşı da daxil edilib.

Milli.Az