Ötən il neçə polis işdən çıxarılıb?

1 Aprel 2022 08:10

2021-ci ildə xidmətdə nöqsanlara yol verən 168 polis əməkdaşına intizam tənbehi verilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, onlardan 30-u daxili işlər orqanlarında xidmətdən xaric olunub. 

21 polis tutduğu vəzifədən azad edilib, 117-si barəsində digər məsuliyyət tədbirləri görülüb.

Milli.Az