Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulub

1 Aprel 2022 07:16

Gürcüstan Ukrayna ilə münaqişəyə görə Rusiyaya tətbiq edilmiş bütün maliyyə sanksiyalarına qoşulur.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu CNN kanalına Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib.

"Biz (Rusiyaya qarşı) bütün maliyyə sanksiyalarında iştirak edilirik və bu həqiqətən bizim maliyyə sektoru üçün hansısa məna kəsb edir. Biz eyni zamanda Ukraynanı dəstəkləyən bütün qətnamələrdə də iştirak edirik" - deyə dövlət başçısı vurğulayıb.

Milli.Az