Rusiya Çernobıl AES-ə nəzarəti Ukraynaya verib

31 Mart 2022 23:59

Rusiya Çernobıl Atom Elektrik Stansiyasına nəzarəti ukraynalı personala verib.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi təsdiq edib.

Bundan əvvəl Qrossinin Ukraynaya gəldiyi barədə xəbər verilib. Baş direktorun təşkilatın planlaşdırdığı texniki yardımla bağlı yüksək vəzifəli dövlət rəsmiləri ilə danışıqlara cəlb ediləcəyi gözlənilir.

Müzakirə ediləcək mövzulara həyati əhəmiyyətli təhlükəsizlik ləvazimatlarının çatdırılması daxildir. Həmçinin, MAQATE Ukraynanın nüvə obyektlərinə yardım üçün xüsusi planlar hazırlayıb.

Milli.Az