Putinin fərmanından sonra Avropada qazın qiyməti 1 450 dolları ötüb

31 Mart 2022 18:27

Rusiya Prezidenti Vladimir Putinin dost olmayan ölkələrə qazın rublla satışı haqqında fərmanın imzaladığı barədə bəyanatından sonra Avropa birjasında 1 000 kubmetr qazın qiyməti 1 450 ABŞ dollarından yuxarı qalxıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu ICE London Birjasının məlumatları sübut edir.

Niderlandın TTF mərkəzində may fyuçerslərinin qiyməti 1 453 dollara yüksəlib.

Milli.Az