Türkiyənin məşhur qrupu ilk dəfə Bakıda konsert verəcək
15 Mart 2012 20:13
Milli.Az xəbər verir ki, Türkiyənin məşhur rok qrupu "Duman" ilk dəfə Bakıda konsert verəcək.
Konsertin təşkilatçıları "Ssenari Production", "All star" və "Məlahətli Ana" Uşaqlara Yardım İctimai Birliyidir.
Konsert 14 aprel tarixində Bakıda Dəniz Vağzalında keçiriləcək. Konsert üçün biletlər şəhərin kassalarında və Pizza inn restoranında satışa çıxarılıb. Biletlərin qiyməti 45 və 85 AZN (Standart, VIP).
Qeyd edək ki, "Duman" qrupu 1999-cu ildə yaradılıb. Qrupun heyəti Kaan Tangöze (vokal, gitara), Batuhan Mutlugil (bekvokal, gitara), Ari Barokas (bekvokal, basgitara) və Cengiz Baysaldan (zərb aləti) ibarətdir.
"Duman"nın indiyədək "Eski köprünün altında", "Belki alışman lazım", "Konser", "Seni kendime sakladım", "En güzel günüm, gecem", "Rock'n Coke Konseri", "Duman I", "Duman II" və "Canlı" adlı albomları işıq üzü görüb.
Milli.Az