Lavrov və Kulebanın Türkiyədə görüşü planlaşdırılır

31 Mart 2022 11:48

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın görüşü planlaşdırılır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Dəqiq tarix demək mümkün olmasa da , 1-2 həftə içində Ukrayna və Rusiya XİN rəhbərlərinin görüşü olacaq", - nazir qeyd edib.

Çavuşoğlu vurğulayıb ki, XİN başçılarının görüşü İstanbulda baş tuta bilər.

Milli.Az