Məşhur müğənni ikinci dəfə əməliyyat olundu

31 Mart 2022 13:24

Türkiyəli məşhur müğənni Ebru Yaşarın təxminən 3 ay əvvəl baş verən uğursuz qəzadan sonra diz qapağı sınıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, təcili əməliyyata alınan sənətçi daha sonra fiziki müalicəyə başlayıb.

Məlumata görə, ağrıları zaman-zaman şiddətlənən Ebru Yaşar ilk əməliyyatında dizinin müalicəsində çəkilmiş naqillərin çıxarılması üçün həkiminin tövsiyəsi ilə yenidən özəl xəstəxanada əməliyyat olunub. Uğurlu sənətçinin səhhətinin yaxşı olduğu bildirilir.

Milli.Az