Litva hökuməti düşmən dövlətlər siyahısını təsdiqləyib. Həmin siyahıda yer alan dövlətlərin şirkətləri Litvada dövlət satınalmaları ilə bağlı keçirilən tenderlərə buraxılmayacaq, onlarla imzalanmış bütün müqavilələr ləğv ediləcək.
Milli.Az Bloomberg-ə istinadən bildirir ki, siyahıda Rusiya ilə yanaşı Krım yarımadası, Belarus, habelə separatçı rejimlər tərəfindən idarə olunan Dnestryanı bölgə, Abxaziya və Cənubi Osetiya da var.
Milli.Az