Bayden Kiyevə yardımlarda Kremli "nəzərə alır"

31 Mart 2022 09:30

ABŞ Prezidenti Co Bayden Ukraynaya hərbi yardımla bağlı Vaşinqtonla Moskvanın birbaşa qarşıdurmasına səbəb olacaq qərar qəbul etmək niyyətində deyil.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev nümayəndəsi Keyt Bedinqfild deyib.

"Prezident Ukraynaya nə isə göndərməyə qərar verəndə iki məqamı diqqətə alır: birincisi, yardımın Ukrayna silahlı qüvvələri üçün effektiv və faydalı olub-olmamasını dəyərləndirir, ikincisi, Amerika və Rusiya silahlı qüvvələlərinin birbaşa toqquşmasından yayınmasına çalışır", - deyə diplomat bildirib.

Milli.Az