Tanınmış aktyor ürəyindən əməliyyat olunacaq

31 Mart 2022 09:42

"Aziz" serialında "Kənan" obrazına həyat verən aktyor Eren Hacısalihoğlu xəstəxanaya düşüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyorun dünən axşam çəkiliş zamanı halı pisləşib.

Ürəyi ağrıyan Eren təcili xəstəxanaya aparılıb. Aktyor sabah ürəyindən əməliyyat olunacaq.

Qeyd edək ki, serialın baş rolunu Murad Yıldırım canlandırır.

Milli.Az