“Hubble” teleskopu ən uzaq ulduzu kəşf etdi

31 Mart 2022 20:00

"Hubble" kosmik teleskopu 28 milyard işıq ili uzaqlıqda olan ulduzun şəklini çəkib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu, indiyədək qeydə alınan ən uzaq ulduz kəşfidir.

Ulduzun Günəşdən 50-500 dəfə böyük və milyonlarla dəfə parlaq ola biləcəyi proqnozlaşdırılır.

Yeni ulduza "səhər ulduzu" və ya "yüksələn işıq" mənasını verən "Earendel" adı qoyulub.

Milli.Az