Fərid Qayıbov Azərbaycan millisini təbrik edib

31 Mart 2022 08:52

Gənclər və idman naziri Fərid Qayıbov sərbəst güləş üzrə Azərbaycan millisini Avropa çempionluğu münasibətilə təbrik edib.

Nazir bununla əlaqədar feysbukdakı səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: "Hər bir qələbənin arxasında gərgin məşq, qətiyyət və fədakarlıq dayanır. Hər bir zəfər dəstək və alqışa layiqdir. Afərin bizim idmançılara!".

Milli.Az