Ukrayna ABŞ-dan hansı silahları istəyib? - Siyahı

31 Mart 2022 08:42

Ukrayna dövləti Rusiya ordusundan müdafiə olunmaq üçün ehtiyacı olduğu silahların siyahısını ABŞ-a təqdim edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, söhbət kəşfiyyat və zərbə vuran pilotsuz uçuş aparatlardan, taktiki radarlardan, PUA-lara və döyüş təyyarələrinə qarşı elektron müharibə sistemlərindən, xüsusən də Su-25-dən gedir.

Siyahıya həmçinin artilleriya sistemləri, zenit-raket kompleksləri, tank əleyhinə "Javelin" raketləri, gəmi əleyhinə raketlər və optik müşahidə avadanlıqları da daxildir.

Milli.Az