Ronaldo hələ qərar verməyib

31 Mart 2022 08:58

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo gələn mövsümü hansı klubda keçirəcəyinə hələ qərar verməyib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Portuqaliyalının ingilis klubu ilə müqaviləsi bu mövsümün sonuna kimi bitəcək.

Ronaldo 2021-ci ilin yayında "Mançester Yunayted"ə qayıdıb. Bundan əvvəl portuqaliyalı "Yuventus" və "Real Madrid"də çıxış edib. Portuqaliyalı bu mövsüm İngiltərə Premyer Liqasında 23 oyuna çıxıb, 9 qol vurub və 3 məhsuldar ötürmə edib. Çempionlar Liqasında futbolçu altı oyunda altı qol vurub.

Milli.Az