Gürcüstan ərazi məsələlərini sülh yolu ilə həll etmək niyyətindədir

31 Mart 2022 08:48

Gürcüstan ərazi problemlərini yalnız sülh yolu ilə həll etmək niyyətindədir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasından olan deputat Georgi Kaxiani deyib.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyətinin bu məsələ ilə bağlı siyasəti dəyişməyib. Kaxiani həmçinin osetin və abxaz qardaşların etimadının bərpa olunmasının zəruriliyini qeyd edib.

"Təəssüf ki, biz bir neçə təxribat, birbaşa Gürcüstanı düşmənçiliyə cəlb etmək cəhdlərini gördük. Biz buna ölkəmizin maraqlarından çıxış edən siyasət yürüdürük", - deyə Kaxiani jurnalistlərə deyib.

Milli.Az