Ermənistanda nazir saxlanılıb

30 Mart 2022 22:49

Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyan saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Daha əvvəl Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti belə bir məlumata malik olmadığını bildirib.

Bir gün əvvəl Piloyan cinayət işi üzrə istintaq çərçivəsində Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə dindirilmək üçün çağırılıb.

O,nazirlikdə işə qəbul zamanı korrupsiya sövdələşmələrinə görə ittiham olunub.

Milli.Az