Nistelroy PSV-nin baş məşqçisi oldu

30 Mart 2022 21:27

Futbol üzrə Niderland milli komandasının keçmiş hücumçusu Rud Van Nistelroy PSV-nin baş məşqçisi təyin olunub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, yeni baş məşqçi ilə 2025-ci ilin yayınadək müqavilə bağlanıb.

Nistelroy bu postda mövsümün sonunda komandadan ayrılacaq Rojer Şmidti əvəz edəcək.

Milli.Az