Avropada qazın qiyməti min kubmetr üçün 1340 dolları ötüb

30 Mart 2022 21:17

London ICE birjasının məlumatına görə, Avropada qazın qiyməti 9% artaraq, hər min kubmetr üçün 1340 dollardan bir qədər yuxarı səviyyəyə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, TTF indeksi üzrə aprel fyuçerslərinin dəyəri ticarət sessiyasının açılışında min kubmetr üçün 1250 dolları bir qədər ötüb.

OPEC qeyri-OPEC ölkələri üzrə karbohidrogenlərin hasilat proqnozunu dəyişib
Sonra kotirovkalarda minimum qiymət 1231,9 dollara düşüb. Dəyişkən başlanğıcdan sonra qiymət 1416,1 dollara çatıb.

Ticarətin ikinci yarısında kotirovkalar təxminən 1330-1370 dollar arasında olub. Nəticədə bağlanış qiyməti hər min kubmetr üçün 1342,1 dollar təşkil edib.

Milli.Az