Əməkdar rəssam azadlığa buraxılıb - FOTO

30 Mart 2022 21:58

21:58

Əməkdar rəssam Rəşad Ələkbərov barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı prokurorluq orqanlarının vəsatətunə baxılıb.

Milli.Az bildirir ki, bu barədə APA-ya onun vəkili Adəm Məmmədov məlumat verib.

Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda vəsatət təmin olunub.

R.Ələkbərov məhkəmə zalından azadlığa buraxılıb.

---------

17:46

Azərbaycan Əməkdar rəssam həbs edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə vəkil Adəm Məmmədov məlumat yayıb.

O bildirib ki, Azərbaycandakı ən böyük abidəsi olacaq şair İmadəddin Nəsiminin 16 metr hündürlüyə malik heykəlini hazırlayan Ələkbərov Rəşad Böyükağa oğlu AR CM-nin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

"Az ağır cinayətlə ittiham olunmasına, ibtidai istintaq orqanının çağırışlarından yayınmamasına baxmayaraq bu gün barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib", - vəkil deyib.

Milli.Az