Məmmədyarov yenə heç-heçə etdi

31 Mart 2022 21:56

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində təşkil olunan FIDE Qran-prisinın III mərhələsində ikinci yarımfinal görüşünü keçirib.

37 yaşlı qrossmeyster ağ fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. Tərəflər 51-ci gedişdə "sülh"ə razılaşıb.

İkinci qarşılaşmada da heç-heçə qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün aprelin 1-də tay-breyk oynanılacaq

Milli.Az