2800 avro: saat kimi dəqiq smartfon - VİDEO

15 Mart 2012 17:56
Milli.Az "GSMArena"ya istinadən bildirir ki, telefonun satış qiyməti 2800 avrodur.
Smartfonun hazırlanması zamanı şirkətin dizaynerləri yarış avtomobillərindlən ruhlanıblar. "Racer"in korpusu rezindən hazırlanıb. Smartfonun korpusunda karbon liflər və titan da var.

Smartfon iyulda satışa çıxarılacaq.

"Racer" İsveçrənin "TAG Heuer" şirkətinin ilk smartfonu deyil. Fransanın "Moet Hennessy Louis Vuitton" konserninə daxil olan şirkət ötən ilin yayında satışa 4700 avroya "Link Phone" smartfonunu çıxarmışdı.

"Android" sistemi ilə çalışan ən bahalı telefon hazırda "Ulysse Nardin Chairman"dır. 50 min avroya satılan bu smartfonu İsveçrənin "Ulysse Nardin" saat şirkəti istehsal edir.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.