Gəncədə nənə və iki nəvəsini it dişləyib

31 Mart 2022 21:43

Gəncədə nənəni və iki nəvəsini it dişləyib.

1961-ci il təvəllüdlü Fahilə Hüseynova, onun nəvələri 2010-cu il təvəllüdlü Hüseyn Əlizadə və 2011-ci il təvəllüdlü İlkin Xəlilov it dişləməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Hər üç xəstəyə quduzluq əleyhinə peyvənd vurulub, vəziyyətlərinin  normal olduğu bildirilir.

Milli.Az