Cəlilabadda 49 yaşlı qadın ürəyindən bıçaqlanaraq öldürülüb

31 Mart 2022 21:44

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun Qarakazımlı kəndində qeydə alınıb.

Belə ki, 1973-cü təvəllüdlü Həsənova Südabə Əlixan qızı ürək nahiyəsindən bıçaqlanıb və xəstəxanaya çatdırılan zaman dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az