“Analar balalarının yuvalarını dağıdır”

31 Mart 2022 01:22

"Oğlum Fəxrinin evinə gedəndə deyir ki, mənim yerimi qonaq otağında hazırlayın. Məndən abır-həya edir".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nazənin Salayeva "Elgizlə İzlə" proqramında qonaq olarkən deyib. Sənətçi böyük oğlu barədə danışıb, daha sonra tək övladı olan anaların qısqanc olduğunu bildirib:

"Söyləyirəm ki, bu səbəbdən sizdə qalmaq istəmirəm. Tərbiyəsindən irəli gəlir. Analar çox vaxt balalarının yuvalarını özləri dağıdır. Bilərəkdən, yaxud bilməyərəkdən. Həm də tək oğul anaları qısqanc olurlar". 

Milli.Az