Bakıda bu mobil nömrə 54 minə satılır

31 Mart 2022 02:22

Bakıda baha qiymətə mobil nömrə satılır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə élan saytlarından birində məlumat paylaşılıb.

Bildirilir ki, "Azercell" mobil operatoruna məxsus (050) 211-02-01 mobil nömrəsi satışa qoyulub. Nömrə nə az, nə çox 54 min manata təklif edilir.

Qeyd olunan nömrə hazırda Bakı şəhərindədir.

Milli.Az