Boris Conson Ukraynaya daha “ölümcül” silahlar vermək istədiyini bildirib

30 Mart 2022 12:54

Boris Conson hökumət üzvlərinə Ukraynaya daha "ölümcül" silahlarla yardım etmək istədiyini deyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə nüfuzlu "Times" qəzeti yazıb.

Nəşrin məlumatına görə, Boris Conson Londonun Kiyevi hansı silahlarla təmin edə biləcəyini bildirməyib.

Müdafiə Nazirliyi dairələrindəki mənbə qəzetə bildirib ki, Ukraynaya ağır artilleriya da daxil olmaqla, uzaq mənzilli atəş vasitələri lazımdır.

Qəzet yazır ki, belə silahlar əlavə təlim tələb edəcək, Britaniya hökuməti isə eskalasiyadan çəkinir.

Milli.Az