Qar məktəb binasına ziyan vurub - VİDEO

30 Mart 2022 17:48

Martın 14-dən etibarən yağan qar Lerik rayonunun Vedi kəndindəki məktəb binasına ziyan vurub. Binanın dam örtüyü qarın ağırlığına tab gətirməyərək uçub.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, 82 şagirdin təhsil aldığı məktəbin 2-ci mərtəbəsinə girişə qadağa qoyulub. 

Hazırda məktəbdə ikinövbəli tədris həyata keçirilir. Binanın 1-ci mərtəbəsinin üstü betonla örtüldüyündən, bu mərtəbədə heç bir təhlükə yoxdur və burada tədris prosesi davam edir.

Qeyd edək ki, son günlər rayonun ayrı-ayrı kəndlərində qarın hündürlüyü bəzi ərazilərdə 1-1.5, rayon mərkəzində isə 80 santimetr - 1 metrə çatıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az