Burak Yılmaz Türkiyə nəhənginə keçir

30 Mart 2022 16:48

Türkiyə millisinin sabiq futbolçusu və hazırda "Lill"də çıxış edən Burak Yılmaz ölkəsinə qayıdacaq.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu karyerasını "Beşiktaş"da davam etdirəcək. İstanbul nəhənginin prezidenti Ahmed Nur Çebi mövsümün sonunda Fransa klubundan ayrılacaq oyunçunu "qara qartallar"a gətirəcək. Onun Liqa 1 təmsilçisi ilə sözləşməsi bu yay başa çatır.

Qeyd edək ki, Burak "Lill"in heyətində Fransa çempionu və kubokunun qalibi olub. O, daha əvvəl 2005/2008, 2019/2020-ci illər aralığında "Beşiktaş"da oynayıb.

Bildirək ki, Burak bir müddət əvvəl Türkiyə millisindəki karyerasını bitirdiyini açıqlamışdı.

Milli.Az