Həftədə neçə ədəd yumurta yemək olar?

30 Mart 2022 23:42

Yumurta əti əvəz edə biləcək zülal mənbəyidir.

O həm də kalsiy, fosfor, D vitamini ilə zəngindir.

Milli.Az bakupost.az-a istindən xəbər verir ki, həkimlər yumurtanın həftəlik miqdarını açıqlayıb.

Böyük yaşlı və sağlam insanlar həftədə 4-5 dəfə yumurta yeyə bilər. Gündəlik norma 2 ədəddir.

Yaşlı və xroniki xəstəliyi olanlar isə həftədə 3 dəfə ilə kifayətlənsinlər.

Ürək-damar tutulması olanlara yumurtanın sarısı məsləhət deyil.

Yumurtadan fayda almaq üçün onu suda bişirib yemək lazımdır.

Milli.Az