Ermənistan polisi İran maşınlarına keçir

30 Mart 2022 11:01

Ermənistanda polis İran İslam Respublikasında istehsal edilən "Səmənd" avtomobilləri ilə təchiz olunmağa başlayıb.

Milli.Az Ermənistan mediasına istinadən bildirir ki, Ermənistan Polisinin yaydığı rəsmi məlumatda bu fakt "hüquq-mühafizə strukturlarının xidməti nəqliyyatla təminatına diqqət" kimi qələmə verilib.

Ermənilər isə polisin Avropa, Yaponiya, Koreya və ya ABŞ istehsalı olan avtomobillər ala bilmədiyindən "Səmənd"i seçmək məcburiyyətində qaldığını yazırlar.

Milli.Az