Səkkizinci övladı olacaq

30 Mart 2022 10:30

Amerikalı aktyor Alek Bolduinin səkkizinci övladı olacaq.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı Hilariya instaqram hesabında paylaşım edib.

"Son bir neçə il ərzində çox sayda eniş-yoxuşdan sonra bizi böyük sürpriz gözləyir: bu payızda başqa bir Bolduin dünyaya gələcək" deyə, o, yazıb.

Qeyd edək ki, Alekin ilk evliliyindən Ayrlend adlı qızı var. O, Hilariya ilə 2012-ci ildən ailəlidir. Onların Karmen, Mariya, Rafael, Leonardo, Romeo və Eduardo adlı övladları var.

Onu da qeyd edək ki, Alek ötən ilin oktyabrında ABŞ-da "Rust" filminin çəkilişi zamanı ssenari əsasında açdığı atəşlərdən biri quruluşçu rejissor Qalina Xatçinsin ölümünə, digəri isə filmin rejissoru Coel Souzun yaralanmasına səbəb olmuşdu. 

Milli.Az