"Azov" batalyonunun komandirlərini təxliyə edən iki helikopter vurulub

31 Mart 2022 21:31

Ukraynanın Mi-8 helikopteri Mariopulda vurulub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, Kiyev "Azov" batalyonunun komandirlərini iki Mi-8 helikopteri ilə təxliyyə etmək istəyərkən "DNR qüvvələri" tərəfindən vurulub. Nəticədə bir helikopter zədə alaraq qəzaya uğrayıb.

Məlumata görə, helikopterdə olanlardan 15-i həlak olub, sağ qalan iki nəfər əsir götürülüb.

Milli.Az