Ukraynada müharibə səbəbindən 3,9 milyon ukraynalı qaçqına, daha 6,5 milyon sakin isə məcburi köçkünə çevrilib.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı BMT Baş katibinin humanitar məsələlər üzrə köməkçisi Coys Msuya BMT Təhlükəsizlik Şurasının iclasında açıqlayıb.
Bundan əlavə, təşkilatın martın 27-nə olan məlumatına görə, Ukraynada 119 nəfər həlak olub.
Qeyd olunub ki, real rəqəmlər daha yüksəkdir, çünki hazırda fəal döyüş əməliyyatları gedən ərazilərdən məlumat gec əldə olunur.
Milli.Az