Konsert qiymətini 3 dəfə qaldırdı

30 Mart 2022 15:36

Türkiyəli müğənni Gülşən konsert qiymətini qaldırıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi məbləği 3 dəfə artıraraq 400 min lirə (təxminən 45 min 880 manat) edib.

Gülşənin artıq yay ayları üçün də konsert proqramının dolu olduğu və yeni təklifləri geri çevirdiyi məlum olub.

Milli.Az