Gəncədə avtomobil qəzası olub, xəsarət alanlar var

29 Mart 2022 23:59

Gəncə şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Milli.Az "Report"a istinadən bildirir ki, şəhər ərazisində hərəkətdə olan "VAZ" markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb. Qəza nəticəsində sürücü və sərnişini müxtəlif xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az