Zamiq xanımı ilə bağlı qadağa qoydu

29 Mart 2022 18:12

Xəbər verdiyimiz kimi, müğənni Zamiq Hüseynov oğlu Zeynə ötən gün kiçik toy edib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin məclisində şou-biznesin tanınmış simaları yer alıblar. Zamiq media çəkilişinə qadağa qoyub. 

İfaçı qonaqlara isə əvvəlcədən xəbərdarlıq edib. Belə ki, Zamiq məclis başlamazdan əvvəl gecəyə qatılanlardan onun ailəsinin görüntülərini paylaşmamalarını xahiş edib. 

Qeyd edək ki, Z.Hüseynov Aydan adlı xanımla ailəlidir. 

Milli.Az