İrəvan-Moskva təyyarəsinda bomba HƏYƏCANI

29 Mart 2022 13:18

Naməlum şəxs İrəvandan Moskvaya uçan təyyarəyə bomba qoyulması barədə məlumat verib.

Milli.Az APA-ya istinadən bildirir ki, İrəvandan Moskvaya uçan təyyarə Şeremetyevo hava limanına endikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən yoxlanılacaq.

Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Şeremetyevo hava limanının elektron poçtuna İrəvan-Moskva reysinə "bomba qoyulması" təhlükəsi ilə bağlı anonim məlumatın daxil olduğunu qeyd edib.

Milli.Az