Rusiya MN: Ukraynanın Rovno vilayətində yanacaq bazası məhv edilib

29 Mart 2022 12:12

Rusiya Ordusu Ukraynanın Rovno vilayətində böyük yanacaq bazasını havadan buraxılan qanadlı raketlərlə məhv edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

"Martın 28-də axşam saatlarında yüksək dəqiqlikli havadan buraxılan qanadlı raketlər Rovno vilayətinin Klevan kəndi yaxınlığındakı böyük yanacaq bazasını məhv edib", - deyə Rusiya MN sözçüsü vurğulayıb.

Onun sözlərinə görə, Kiyev ətrafı qəsəbələrdə Ukrayna hərbi texnikası üçün yanacaq məhz bu bazadan verilib.

Konaşenkov Rusiya aviasiyasının ötən gecə ərzində Ukraynanın 68 hərbi obyektini, o cümlədən üç Buk-M1 və bir "Osa" zenit raket kompleksi sistemini məhv etdiyini söyləyib.

Milli.Az