Rusiyadan Türkiyəyə mina XƏBƏRDARLIĞI - Risk davam edir

29 Mart 2022 11:30

"Türkiyəli mütəxəssislərin diqqəti və yüksək peşəkarlığı sayəsində Bolqarıstan sərhədi yaxınlığında, İstanbul boğazında və Qara dənizdə aşkarlanan iki mina zərərsizləşdirilib".

Milli.Az Sfera.az-a istinadən xəbər verir ki, bunu Rusiya Milli Müdafiə Nəzarətinin rəisi, general-polkovnik Mixail Mizintsev deyib.

O, xatırladıb ki, Ukraynaya daha əvvəl minalarla bağlı xəbərdarlıq edilib:

"Boğazlardan keçən gəmilərə ziyan dəyməyib. Lövbərlərindən qopan Ukrayna minaları Qara dənizdə mülki gəmiləri təhdid edir".

Milli.Az