Kuleba: Türkiyədə bunu müzakirə etməyəcəyik!

29 Mart 2022 11:03

Ukrayna nümayəndə heyəti Rusiya ilə Türkiyədəki danışıqlarda referendumu müzakirə etmək niyyətində deyil.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

O bildirib ki, referendum məsələsi Ukraynanın daxili işidir:

"Biz özümüz hər hansı referendumun keçirilib-keçirilməyəcəyini müzakirə edəcəyik. Bu, danışıqların predmeti deyil.

Ukrayna prezidenti hər zaman xalqın - ukraynalıların mövqeyini diqqət mərkəzində saxlayır. Bu ay biz milli birlik naminə uzun bir yol qət etmişik. Mən hakimiyyətin xalqın iradəsinə zidd nəsə etməsini istisna edirəm".

Milli.Az